Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09.09.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Skalyoz onurğanın ön müstəvidə 10 dərəcədən artıq əyilməsi ilə xarakterizə olunur. Skalyoz, kifoz və bu kimi patologiyalar onurğa əyrilikləridir".

Redaktor.az xəbər veriri ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev vurğuladı.

Həkim nəzərə çatdırdı ki, valideynlər ilk növbədə uşaqların çiyinlərinə diqqət yetirməlidirlər:

"Məsələn, çiyinlərə baxdıqda bir çiyin digərindən daha yuxarıda yerləşirsə, uşaq önə əyildikdə kürək nahiyəsinin bir hissəsində asimmetriya müşahidə olunursa, həmçinin bel nahiyəsində qırışların fərqli və asimmetrik olması kimi hallar varsa, valideynlər mütləq həkimə müraciət etməlidirlər. Belə deyək, anadangəlmə, infantil və idiopatik skalyozlar var. Anadangəlmə skalyozların qarşısını tam almaq mümkün olmasa da, funksional pozuntuların, yəni qamət pozuntularının skalyoza keçməsinin qarşısını almaq mümkündür.

Məsələn, boy artımı dövründə olan orqanizmdə qamət pozuntuları vaxtında aşkar edilərsə, onların skalyoza keçməsinin qarşısını almaq mümkündür. Həmçinin skalyozun ilkin formalarının ağırlaşmasının və dərəcəsinin artmasının qarşısını həkim müayinəsi nəticəsində təyin olunan müalicələr əsasında almaq mümkündür. Müalicələr də ağır prosedurlardan ibarət deyil. Müəyyən məşqlər, fiziki aktivlik, üzgüçülük, həmçinin fizioterapiya prosedurları vasitəsilə skalyozun qarşısını almaq və onun inkişafını nəzarətdə saxlamaq mümkündür".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью