Skandinaviyada görünməmiş transfer savaşı

05.06.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

İsveçin AIK "Solna" klubunda nümayiş etdirdiyi oyunla diqqətləri üzərinə çəkən Zadok Yohanna Avropa nəhənglərini bir-birinə vurub.

Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "Çelsi"nin sahibi olan "BlueCo" şirkəti və "Mançester Siti"nin rəhbərliyi ("City Football Group") gənc vingeri rənglərinə bağlamaq üçün rəsmi şəkildə mübarizəyə qoşulub.

İsveç çempionatında nümayiş etdirdiyi parlaq çıxışdan sonra Yohanna hazırda Skandinaviyanın ən çox tələb olunan gənc istedadı statusunu daşıyır.

Futbolçunun transferi üçün daha əvvəl "Brayton" və "Nyukasl Yunayted" arasında gedən mübarizəyə iki nəhəng klubun da daxil olması transfer yarışını pik həddə çatdırıb.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью