Şkendiya nın yarımmüdafiəçisi: Zirə yə keçə bilərdim

12.08.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Oyunu uduzsaq da, səhvlərimizi gördük".

Bunu avqustun 12-si UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a 5:1 hesabı ilə uduzan "Şkendiya" komandasının yarımmüdafiəçisi İbrahim Alhassan Adamu oyundan sonra Oxu.Az-a deyib.

- Bu matç haqqında təəssüratınız nədir?

- Oyunu uduzduq, amma bu bizim üçün yaxşı bir şeydir. Çünki nəsə öyrəndik. Növbəti oyuna fokuslanmalıyıq. Bu oyun bitdi və ondan dərs götürdük, səhvlərimizi gördük.

- Pley-off barədə danışaq - hansı komanda daha yaxşıdır, "Ferentsvaroş", yoxsa "Ludoqorets"?

- Əslində, bu komandaları tanımıram. Amma gələn hər kəs bizim üçün yaxşıdır. Heç birini fərqləndirmək istəmirəm. Sadəcə, gözləyirəm. Bizə qarşı oynamağa gələn hansıdırsa, o da bizim üçün yaxşıdır.

- Bakıya ilk səfərinizdir?

- Bəli, ilk dəfədir, gəlirəm. Amma əvvəllər "Zirə"yə keçmək imkanım var idi, gəlmədim.

- Şəhərimizi bəyəndiniz?

- Bəli, yaxşıdır.

- Niyə "Zirə"yə gəlmədiniz?

- Bilmirəm. Bəlkə, gələcəkdə alındı.

- Sizi gözləyirik.

- Çox sağ olun.

Anar Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью