“Şkendiya” “Qarabağ”a qarşı oynayanlara istirahət verdi

10.08.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqib olan “Şkendiya” Şimali Makedoniya çempionatında ilk turun oyununa çıxıb. “Şkupi”ni qəbul edən Tetovo təmsilçisi inamlı qələbə qazanıb – 5:1.

Düzdü, darmadağında qonaqların yarımmüdafəçisi Endrit Rüstəminin artıq 17-ci dəqiqədə meydandan qovulması da böyük rol oynayıb.
Avqustun 5-də “Qarabağ”a qarşı oynayan futbolçulardan yalnız ikisi start heyətində yer alıb - qapıçı Babukar Qeye və Adamu Əlhassan. 68-ci dəqiqəyə qədər 2:1 öndə olan “Şkendiya”nın baş məşqçisi Jeton Bekiri sonradan əsas heyət üzvlərini meydana buraxıb. Komandanın əsas ulduzu Besart İbrahimi beş dəqiqə ərzində dubl edib.
Xatırladaq ki, səfərdən 1:0 hesablı qələbə ilə dönən “Qarabağ” “Şkendiya” ilə avqustun 12-də qarşılaşacaq.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью