futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Makedoniya futbolu ağır itki ilə üzləşib. Ölkənin milli komandasının sabiq oyunçusu, “Şkendiya” klubunun baş məşqçisinin köməkçisi Aqron Memedi 45 yaşında həyatını itirib.
Futbolpress.az xəbər verir ki, faciəvi hadisə noyabrın 14-də Tetovo şəhərində baş verib. Məşq zamanı qəfil halı pisləşərək yıxılan mütəxəssisi xilas etmək mümkün olmayıb.
Klubun “əfsanəvi” simalarından biri hesab olunan Memedi futbolçu karyerası ərzində “Şkendiya” ilə yanaşı, “Renova” və “Metalurq” (Skopye) klublarının da şərəfini qoruyub, Şimali Makedoniya millisində 1 matçda meydana çıxıb.