Skolioz daha çox yeniyetməlik dövründə üzə çıxır mütəxəssis xəbərdarlığı

21.05.2025

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Skolioz ən çox yeniyetməlik dövründə özünü göstərir.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi Nizami Məmmədov canlı yayımda danışıb.

Onun sözlərinə görə, skoliozun müalicəsi ilk mərhələdə konstruktiv üsullarla – üzgüçülük və digər idman növləri vasitəsilə həyata keçirilir.

“Əgər skoliozda irəliləyiş müşahidə olunarsa, korset istifadəsinə başlanılır. Yenə də vəziyyət ağırlaşarsa, cərrahi müdaxilə tələb oluna bilər”, – deyə baş həkim bildirib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью