Skoliozu tam müalicə etmək mümkündür

09.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Skoliozun ilkin mərhələsində düzgün müalicə əyriliyin dərəcəsinin artmasının qarşısını ala bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Mütəxəssis bildirib ki, anadangəlmə skoliozun tam şəkildə qarşısını almaq mümkün olmasa da, uşaqlarda yaranan funksional qamət pozuntularının vaxtında aşkarlanması sonrakı problemlərin qarşısının alınmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, skoliozun ilkin formalarında isə əyriliyin ağırlaşmasının və dərəcəsinin artmasının qarşısını almaq mümkündür. Bunun üçün əsas şərtlərdən biri uşağın vaxtında həkim müayinəsindən keçirilməsi və mütəxəssis tərəfindən uyğun müalicə planının müəyyənləşdirilməsidir.

“Skoliozun ilkin formalarının ağırlaşmasının və dərəcəsinin artmasının qarşısını həkim müayinəsinin nəticəsinə əsasən təyin olunan müalicə ilə almaq mümkündür”, - deyə travmatoloq-ortoped vurğulayıb.

İ.Şıxbabayev qeyd edib ki, bu müalicə mütləq ağır və mürəkkəb prosedurlardan ibarət olmur. Həkimin tövsiyəsindən asılı olaraq xüsusi məşqlər, fiziki aktivlik, üzgüçülük və digər fizioterapiya prosedurları müalicə prosesində tətbiq oluna bilər.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью