Skott Parker bu klubun baş məşqçisi oldu

04.11.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Skott Parker bu klubun baş məşqçisi oldu

İngiltərənin “Vest Hem” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Skott Parkerlə  2.5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Skott Parker daha əvvəl “Fulhem”, “Bornmut” və “Börnli” klublarının baş məşqçisi olub. O, hər üç komandanı Çempionşipdən İngiltərə Premyer Liqasına yüksəldib. Mütəxəssis 2024/2025 mövsümündə “Börnli”dəki uğurlu çıxışına görə Çempionşipin ən yaxşı baş məşqçisi seçilib. 46 yaşlı Parker bu vəzifədə  Nunu Eşpiritu Santunu əvəzləyib.

“Vest Hem” hazırda Çempionşipdə 13 oyundan sonra 22 xalla 8-ci pillədə qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью