ŞKTC də prezident seçkilərinin ilkin nəticələr açıqlanıb YENİLƏNİB 2 | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Kipr Türk Cümhuriyyətinin Ali Seçki Qurumunun sədri Bertan Özerdağ indiyədək açılan qutulardan çıxan səslərin sayına dair ilkin nəticələri açıqlayıb.
APA xəbər verir ki, açılan 580 qutunun nəticələrini paylaşan Özerdağın bildirdiyinə görə, hazırkı prezident Ərsin Tatar 38,71 faiz səs toplayıb.Onun əsas rəqibi Tufan Erhürman isə 63,28 faiz səs qazanıb.*** 19:14Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa çatıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, səsvermə yerli vaxtla saat 18:00-da yekunlaşıb.
Qeyd edək ki, ŞKTC-nin 9-cu prezidentinin seçiləcəyi seçkidə bu post uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparır.
Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlərdir.
Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.
Seçkidə ən yüksək səs topayacaq namizədlərin ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman olacağı proqnozlaşdırılır.
Tam oxu
Xəbəri oxu