ŞKTC Prezidenti Azərbaycan alimlərini qəbul edib

30.04.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 30 aprel, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Lefkoşada tarix elmləri doktoru, professor Qafar Cəbiyevin rəhbərlik etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir qrup alimini qəbul edib.

AZƏRTAC xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarından ibarət qrup Kipr-Azərbaycan Dostluq Cəmiyyətinin dəvəti ilə Lefkoşada səfərdədir.

ŞKTC lideri “Bir millət, üç dövlət” prinsipi əsasında inkişaf edən Azərbaycan-Türkiyə-ŞKTC əlaqələrindən məmnunluğunu ifadə edib.

Ersin Tatar Azərbaycanı “qardaş dövlət” adlandırıb, Lefkoşaya yaxınlıq və dəstəyə görə rəsmi Bakıya və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Siyasətçi türk xalqları arasında tarixi-mədəni əlaqələrin sarsılmaz olduğunu qeyd edib. “Biz Azərbaycan xalqının əsl qardaşlarıyıq. Xalqlarımızı ortaq dil, din və mədəniyyət birləşdirir: Mən dost Azərbaycanın hər bir sakinini salamlamaq istərdim”, -deyə E. Tatar bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью