ŞKTR Prezidentinin tədbirdə halı pisləşdi

10.07.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, o, paytaxt Nikosiyadakı prezident binasında keçirilən tədbirdə özünü pis hiss edib.

Erhürman təcili yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya şöbəsinə aparılıb.

ŞKTR Prezident Administrasiyasının açıqlamasında bildirilir ki, Tufan Erhürman qan təzyiqinin aşağı düşməsi səbəbindən narahatlıq keçirib.

Hazırda onun vəziyyəti yaxşıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью