ŞKTR XİN rəhbəri: Şimali Kipr xalqı nə qanuni haqlarından, nə də iradəsindən vaz keçəcək

18.12.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Şimali Kipr Türk Respublikası (ŞKTR) xalqı nə qanuni haqlarından, nə də iradəsindən vaz keçəcək.

APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət iki dövlətli həll yolunu qəbul etməlidir.

“Kipr türk xalqı illərdir məruz qaldıqları təcrid və embarqolara baxmayaraq, nə iradəsindən, nə də qanuni hüquqlarından əl çəkəcək. Adada ədalətli, davamlı və suveren bərabərlik iki dövlətli həll yolu ilə mümkündür. Beynəlxalq ictimaiyyət də bunu qəbul etməlidir”, - Tahsin Ertuğruloğlu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью