Skuter istifadəçilərinin nəzərinə

02.07.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Paytaxtda elektrikli skuterlərdən istifadəyə maraq artmaqdadır. Lakin bu nəqliyyat vasitələrini idarə edənlər birçox hallarda təhlükəsizlik tədbirlərini gözardı edirlər.

Nəqliyyat eksperti Yasin Mustafayev Metbuat.az-a açıqlamasında bildirib ki, skuter və moped istifadə edərkən kaska taxmaq mütləqdir:

“Bu nəqliyyat vasitələri olduqca təhlükəli sayılır, çünki birbaşa təmas riski var. Yəni yıxılma və ya hər hansı bir yerə toxunma halında ciddi xəsarət alma ehtimalı yüksəkdir. Digər qoruyucu vasitələr də mövcuddur. Məsələn, dizləri qoruyan dizliklər, dirsəklər üçün qoruyucular və s. Lakin ən vacib qoruyucu vasitə məhz kaskadır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью