Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Elektrikli skuter idarə edən məktəbli parkda oynayan balaca qız uşağını vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Voronej şəhərində baş verən hadisə təhlükəsizlik kamerasına düşüb. Məlumata görə, skuter sürən uşaq hətta tormozlamaq cəhdi də etməyib. Zərbə nəticəsində balaca qız çənəsindən və qolundan xəsarətlər alıb. Zərərçəkən uşağın anası bildirib ki, hadisəni törədən məktəbli üzr istəmədən və kömək etmədən dərhal ərazidən uzaqlaşıb. Narahatlığını ifadə edən ana elektrikli skuter idarə edən uşaqların böyük təhlükə mənbəyi olduğunu və növbəti dəfə oxşar hadisənin daha böyük faciə ilə nəticələnə biləcəyini vurğulayıb.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev