Skuter sürən yeniyetmə yıxılıb öldü

10.05.2025

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.

Yenisabah.az xəbər verir ki, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan yıxılaraq başından xəsarət alıb.

O, xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью