Skuter sürənlərdən də vəsiqə tələb oluna bilər? Açıqlama

15.09.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bir sıra ölkələrdə elektrik skuterlərdən istifadə edən şəxslər üçün də sürücülük vəsiqəsi tələbi tətbiq olunur. Bu qaydanın əsas məqsədi yol hərəkəti təhlükəsizliyini təmin etmək və skuterlərdən istifadə edən şəxslərin əsas yol hərəkəti qaydalarını bilməsinə nail olmaqdır. Azərbaycanda isə bu məsələ ilə bağlı müxtəlif yanaşmalar səsləndirilir.
Azərbaycanda da skuter sürmək üçün sürücülük vəsiqəsinin tələb olunması tətbiq edilə bilərmi?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, məsələ burada sürücülük vəsiqəsində deyil:
“Əsas məsələ həmin şəxslərin yol hərəkəti qaydalarını bilməsidir. Təbii ki, onlardan avtomobil sürücüsü qədər qaydaları bilmələri tələb olunmur. Amma ən azından qırmızı işığın, baş yolun, “STOP” nişanının və digər əsas yol hərəkəti qaydalarının nə olduğunu bilməlidirlər. Çünki yol hərəkəti qaydalarını bilməmək müəyyən hallarda qəzalara səbəb olur. Ona görə də bu şəxsləri müəyyən formada yol hərəkəti qaydaları ilə tanış etmək lazımdır. Bəzən bu məsələ sürücülük vəsiqəsi tələbi kimi başa düşülə bilər və kimlərinsə bundan pul qazanacağı ilə bağlı fikirlər səslənə bilər. Amma burada əsas problem onların əksəriyyətinin yol hərəkəti qaydalarını bilməməsidir”.
Ekspert qeyd edib ki, insan qaydaları bilməyəndə təbii olaraq istədiyi kimi hərəkət edir:
“Məsələn, biz özümüzə yaşıl işıq yandıqda rahat şəkildə yolu keçirik. Çünki bilirik ki, digər istiqamətdən gələn nəqliyyat vasitəsi dayanmalıdır. Ağlımıza gəlmir ki, həmin istiqamətdən başqa bir nəqliyyat vasitəsi çıxıb yolumuza mane ola bilər. Eyni zamanda, bəzi yerlərdə “STOP” nişanı, bəzi yerlərdə isə baş və ikinci dərəcəli yol anlayışı var. Bu şəxslər bunları bilmirlər və problem də məhz bundan qaynaqlanır.
Onların hamısında mütləq sürücülük vəsiqəsi olsun və imtahan versinlər. Sadəcə, müəyyən formada yol hərəkəti qaydalarını öyrənməli və bilməlidirlər”.
Qeyd edək ki, ötən gün qırmızı işıqda hərəkət edən skuter ağır qəzaya səbəb olub. Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində ərazisində qeydə alınıb.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью