Skuter sürürdü, avtomobil VURDU

21.01.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının Səbail rayonunda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb.

Avtosfer.az report-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Mehdiyev Yusif Azər oğlu kiçik elektrik nəqliyyat vasitəsi (skuter - red) ilə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью