Skuter və mopedlərlə bağlı travmaların sayı getdikcə artır

28.01.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Skuterlərdən, xüsusilə də elektrikli skuterlərdən istifadənin artması bu nəqliyyat vasitələri ilə bağlı travmaların sayının çoxalmasına səbəb olub. Bu cür xəsarətlər avtonəqliyyat travmaları kateqoriyasına aid edilir. Hazırda ümumi yol-nəqliyyat hadisələri içərisində nisbətən az paya malik olsalar da, skuter və digər iki təkərli nəqliyyat vasitələri ilə bağlı travmaların sayı getdikcə artır".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini - baş həkim Nizami Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı bildirdi.

Həkim qeyd etdi ki, son ayın statistik göstəricilərinə nəzər saldıqda, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna təxminən üç nəfərin skuter, iki nəfərin isə iki təkərli nəqliyyat vasitələri ilə bağlı travmalarla müraciət etdiyi qeydə alınıb. Bu cür xəsarətlər ümumi avtonəqliyyat hadisələrinin təxminən 5-10 faizini təşkil edir.

Onun sözlərinə görə, bu travmalar daha çox dəbilqəsiz hərəkət edən şəxslərdə müşahidə edilir: "Skuterlərlə yanaşı, mopedlərlə bağlı xəsarətlərə də son dövrlərdə daha tez-tez rast gəlinir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью