Skuterdən yıxılan 16 yaşlı yeniyetmə öldü

11.05.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Qazaxda yeniyetmənin faciəvi şəkildə ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bakupost.az xəbər verir ki, mayın 9-u saat 22:20 radələrində 2009-cu il təvəllüdlü yeniyetmə (kişi cinsli) skuter sürərkən ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə o, təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm faktı saat 23:40-da qeydə alınıb.

Hadisənin hansı şəraitdə baş verdiyi, skuter qəzasının səbəbləri və digər detallar araşdırılır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью