Skuterlə aktrisanı vuran şəxs saxlanıldı

15.06.2025

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuterlə vuran şəxs müəyyən edilib.

DİN Mətbuat Xidmətinin əməkdaşı E. İbrahimov “Qafqazinfo”ya bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini R.Abdullayev saxlanılıb.

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью