Skype işini dayandırır

02.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Skype" platformasının işi mayın 5-də dayandırılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Microsoft"un texniki dəstək saytı məlumat yayıb.

Şirkət daha əvvəl may ayında platformaya dəstəyi dayandıracağını, istifadəçi hesablarının "Microsoft Teams" servisinə köçürüləcəyini bəyan etmişdi.

Qeyd edək ki, "Skype" platforması 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью