“Skype” servisi həmişəlik bağlandı

05.05.2025

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, “Skype” servisinin sahibi olan “Microsoft” şirkəti mayın 5-dən etibarən digər ünsiyyət və əməkdaşlıq xidməti olan “Teams” serivisinin inkişafına diqqət yetirəcək. “Skype”dən “Teams”ə keçid istifadəçilər üçün pulsuzdur və hesab etimadnamələrinin dəyişdirilməsini tələb etmir.
“Bütün kontaktlarınız və söhbətləriniz avtomatik olaraq ötürüləcək. Həmçinin, yaxın günlərdə “Skype” proqramında lazımi işləri yerinə yetirmək təklifi ilə bildiriş alacaqsınız”, - istifadəçilərə göndərilən mesajda vurğulanır.
“Skype” məlumatları 2026-cı ilin yanvar ayına qədər istifadəçilər üçün əlçatan olacaq. Bununla nə etmək qərarına gəlmək üçün istifadəçilərə vaxt veriləcək və onların özləri də bu proqramı silə bilərlər. 2026-cı ilin yanvarına qədər heç bir tədbir görülməsə, məlumatlar öz-özünə silinəcək.
Xatırladaq ki, ən qədim ani mesajlaşma proqramlarından biri olan “Skype” messenceri 2003-cü ildə İsveçin “Tele2” şirkətinin keçmiş əməkdaşları Niklas Zennström və Yanus Friisin iştirakı ilə estoniyalı tərtibatçılar komandası tərəfindən istifadəyə verilib. “Microsoft” messenceri onu 2011-ci ildə 8,5 milyard dollara alıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью