“Slaviya” ilə oyuna doğru: qələbəsizlik sindromu

12.10.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sabah” Çempionlar Liqasının II turunda “Slaviya”nı qəbul edəcək. Sabah keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Azərbaycan təmsilçiləri avrokuboklarda 9-cu dəfə Çexiya komandaları ilə qarşılaşacaq.

“Slaviya” isə dördüncü dəfə Azərbaycan komandası ilə üz-üzə gələcək. Praqalılar bunadək bir dəfə yoldaşlıq, iki dəfə avrokubok matçında təmsilçimizlə qarşılaşıb.

UEFA Kubokunda “Karvan”a Bakıda qalib gələn çexlər cavab görüşündə heç-heçə edib. “Slaviya” 2013-cü ildə yoldaşlıq matçında “Bakı” ilə bərabərə qalıb.

“Qarabağ” avrokuboklarda 6 dəfə Çexiya təmsilçisi ilə qarşılaşıb və qələbə qazana bilməyib. 4 dəfə heç-heçə edən “atlılar” iki dəfə də məğlub olub.

Avrokuboklarda Azərbaycan və Çexiya komandalarının dueli:

10.08.2006 Bakı UEFA Kuboku seç. mər. Karvan – Slaviya Praqa 0:2
24.08.2006 Praqa UEFA Kuboku seç. mər. Slaviya Praqa – Karvan 0:0
26.07.2016 Plzen UEFA ÇL Viktoriya Plzen – Qarabağ 0:0
02.08.2016 Bakı UEFA ÇL Qarabağ – Viktoriya Plzen 1:1
15.09.2016 Bakı UEFA AL Qarabağ – Slovan 2:2
24.11.2016 Libereç UEFA AL Slovan – Qarabağ 3:0
17.08.2022 Bakı UEFA ÇL Qarabağ – Viktoriya Plzen 0:0
23.08.2022 Plzen UEFA ÇL Viktoriya Plzen – Qarabağ 2:1.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью