Slavko Vinçiç DÇ 2026 dan sonra karyerasını bitirdi

27.07.2026

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sloveniya Futbol Federasiyası tanınmış referi Slavko Vinçiçin hakimlik karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, federasiyanın yaydığı bəyanatda bildirilir:

“ABŞ-də keçirilən dünya çempionatının finalından bir həftə sonra Slavko Vinçiç dünya futbolunun zirvəsində tarixi hakimlik karyerasını rəsmi olaraq başa vurdu. 2026-cı il Dünya Çempionatının finalını idarə etməklə o, adını futbol hakimliyinin əfsanələri sırasına yazdırdı”.

Xatırladaq ki, Vinçiç 2026-cı il FIFA Dünya Çempionatının baş hakimi seçildiyində göz yaşlarını saxlaya bilməmişdi və bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanmışdı. Beləliklə onun sonuncu idarə etdiyi oyun Argentina və İspaniya milliləri arasında keçirilən final görüşü oldu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью