Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə Super Liqasında 55 ildən sonra ilk dəfə əcnəbi hakim fit çalıb.
Apasport.az xəbər verir ki, qolsuz bərabərliklə bitən "Qalatasaray" - "Fənərbaxça" matçının baş hakimi Slavko Vinçiçin derbi üçün aldığı maaş bəlli olub.
Sloveniyalı derbini idarə etmək üçün 3600 avro alıb. Vinçiçin köməkçiləri isə 2300 avro qazanıb.
Bundan əlavə, Vinçiç və köməkçilərinə gündəlik 350 avro xərclik verilib.
Qeyd edək ki, Slavko Vinçiçin idarə etdiyi derbidə sloveniyalı hakimə Tomaz Klançnik və Andraz Kovaçiç köməklik edib.
"Trabzonspor"dan açıqlama: "Bizim oyunumuzu da Vinçiç idarə etsin" Messidən avtoqraf alan hakim cəzalandırıldı Okan Buruk: "Mourinyo ağlamağa davam etsin" - VİDEO "Qalatasaray"dan Mourinyoya: "UEFA və FIFA-ya şikayət edəcəyik" "Roma"dan darmadağın - VİDEO