Slavyanka suyundan üfunət iyi gəldiyi iddia olunur

11.09.2025

Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstehlakçı Toğrul Nəsirov “Slavyanka” markalı içməli su ilə bağlı şikayətini ictimailəşdirib. AzPost-un məlumatına görə, o, əvvəllər tez-tez aldığı bu sudan son iki dəfə ardıcıl olaraq istifadə etdikdə üfunət iyi hiss etdiyini bildirib.

Şikayətçi qeyd edir ki, qoxunun butulkadan deyil, məhz suyun özündən gəldiyini yoxlamaq üçün mayeni ayrıca qaba töküb. Onun sözlərinə görə, problem hər iki dəfə eyni ilə təkrarlanıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Toğrul Nəsirov əlavə edib ki, sosial şəbəkələrdə də başqa bir alıcı oxşar narazılıq paylaşıb. Bu isə məhsulun keyfiyyəti ilə bağlı sualları daha da artırır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью