Slot: “Çempionluq istəyiriksə, hər komandanı məğlub etməliyik”

14.06.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Liverpul”un baş məşqçisi Arne Slot Premyer Liqada bu gün “Arsenal”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini bölüşüb:

“Çempionluq istəyiriksə, hər komandanı məğlub etməliyik. “Nyukasl”, “Çelsi”, “Arsenal”, “Mançester Yunayted”, “Mançester Siti” kimi komandaları səfərdə də məğlub etməliyik. Çempionluq üçün vacib məqam budur.

Oyuna yaxşı hazırlaşmışıq və planımızı bilirik. İstədiyimiz kimi oynayıb, yaxşı nəticə qazanmaq istəyirik”.

“Arsenal” – “Liverpul” oyunu saat 20:30-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью