Slot ÇL lə vidalaşmaqlarından danışdı

15.04.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Slot ÇL-lə vidalaşmaqlarından danışdı

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində PSJ-yə uduzmaqları (0:2, ilk matç - 0:2) və mübarizəni dayandırmaqları haqda danışıb.

QOL.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis deyib: 

"Ötən həftə bizim üçün çox çətin və gərgin keçdi. Amma biz performansımızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyimizi göstərdik. Bugünkü oyunlarına görə futbolçularımı tərifləmək istəyirəm. Onlar məğlub olduğumuz zaman belə mübarizə aparmağa davam etdilər. Çoxlu qol şansları yaratdıq. İki qol vurmalı idik, amma iki qol buraxdıq. İndi növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparmalıyıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью