Slot derbidəki qələbəni belə şərh etdi

03.04.2025

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının (İPL) 30-cu turunda "Everton" üzərində qazandıqları qələbəni (1:0) şərh edib.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin Liverpul derbisinin ardından dediklərini "qırmızılar"ın rəsmi saytı belə çatdırıb:

"Ağır mübarizə idi. Amma burada təəccüblü nəsə yoxdur. "Everton" ardıcıl  9 oyun idi ki, uduzmurdu. Demək olar ki, müdafiədəki futbolçularının inamlı çıxışı sayəsində qol da buraxmırdı. Onlarla oynamaq çətindir. "Everton" müdafiədə yaxşı oyun sərgiləyir və əks-hücumlar etməyi də unutmur. Rəqibin oyunçuları hər dəfə bizim cərimə meydançamıza yaxınlaşanda vəziyyət çox çətinləşirdi".

Qeyd edək ki, hazırda 73 xalı olan "Liverpul" İPL-in turnir cədvəlinin 1-ci, "Everton" isə 15-ci pilləsində qərarlaşıb.

Nihat 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью