Slot gedir, o gəlir

23.05.2026

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Slot gedir, o gəlir

"Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu haqda insayder Fabristio Romano məlumat yayıb. "Mersisaydlılar" bu vəzifəyə "Bornmut"un çalışdırıcısı Andoni İraolanı gətirmək istəyirlər

İraola artıq "Kristal Palas"dan təklif alıb, lakin hələlik yekun qərar verməyib. İspaniyalı mütəxəssis karyerasını davam etdirmək üçün ən uyğun variantı seçmək niyyətindədir. O, İngiltərə Premyer Liqası klublarına üstünlük verir.

Məlumata görə, "Liverpul" rəhbərliyi mövsümü nəzərdən keçirmək və hollandiyalı məşqçinin gələcəyi ilə bağlı qərar vermək üçün yaxın gələcəkdə Slott ilə görüşəcək.

Xatırladaq ki, əvvəllər İraolanın cari mövsümün sonundan sonra "Bornmut"dan ayrılacağı açıqlanmışdı. İspaniyalı mütəxəssis 2023-cü ilin yayından bəri komandaya rəhbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью