Slot istefa qərarı gözləmirmiş

02.06.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Slot istefa qərarı gözləmirmiş

“Liverpul”un baş məşqçisi Arne Slotun vəzifəsindən göndərilməsi ilə bağlı yeni detallar üzə çıxıb.

QOL.az "The Athletic"ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis şənbə günü səhər klubun idman direktoru Riçard Hyuz tərəfindən qərarla bağlı məlumatlandırılıb. Bildirilir ki, Slot bu qərarı gözləmirmiş.

Mənbənin iddiasına əsasən, o, son günlərə qədər mövsümöncəsi hazırlıq planları və yay transfer kampaniyası ilə bağlı müzakirələrdə aktiv iştirak edib. Hətta şənbə gününə qədər futbolçularla yay planları və növbəti mövsümə hazırlıq barədə danışan məşqçi buraxdığı səhvləri düzəltmək üçün ona şans veriləcəyinə inanırmış.

Bundan başqa, Slot keçmişdə “Feyenoord”da birgə çalışdığı köməkçisi Etyen Reynenin bu yay məşqçilər korpusuna qoşulması barədə də razılıq əldə edibmiş.

Məlumata görə, klub rəhbərliyində təmsil olunan Riçard Hyuz və FSG-nin futbol üzrə baş direktoru Maykl Edvards daha əvvəl nəticələrin pisləşməsinə təsir edən amilləri nəzərə alaraq Slotu dəstəkləyəcəklərini bildirmişdilər. Lakin mövsüm başa çatdıqdan sonra vəziyyəti yenidən təhlil edən rəhbərlik həm paltardəyişmə otağındakı ab-havanı, həm də azarkeşlərin narazılığını nəzərə alaraq dəyişiklik qərarı verib.

Qeyd edək ki, Arne Slot 2024-cü ilin yayından “Liverpul”a rəhbərlik edirdi. O, komandanı 2024/2025 mövsümündə İngiltərə çempionluğuna daşısa da, geridə qalan mövsümdə mersisaydlılar 60 xalla Premyer Liqanı 5-ci pillədə başa vurublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью