futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Liverpul”un baş məşqçisi Arne Slot son oyunlardakı uğursuzluqdan danışıb.
Futbolpress.az “Goal.com”a istinadən xəbər verir ki, mütəxəssis məsuliyyəti üzərinə götürüb:
“Son oyunlardakı nəticələr inanılmazdır. Həqiqətən, belə çıxış etməyimiz üçün hansısa bəhanə tapmaq mümkün deyil. Hər kəs üçün gözlənilməz situasiyadır. Ötən mövsümlə müqayisədə çoxlu qollar buraxırıq. Eyni zamanda qapımıza kifayət qədər çox penalti təyin edilir. Bu qədər qol buraxmaq bizim kimi kluba yaraşmır.
Məsuliyyəti üzərimə götürürəm. Günahkar mənəm. Vəziyyəti düzəltmək üçün çalışırıq”.
“Liverpul” Premyer Liqada 12 turdan sonra 18 xalla 12-ci sıradadır.