Slot növbəti mövsüm üçün planları açıqladı

26.05.2025

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Liverpul"un baş məşqçisi Arne Slot növbəti mövsüm üçün planları barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "qırmızılar"ın rəsmi saytı onun sözlərini belə çatdırıb:

"Radikal dəyişikliklər planlaşdırmırıq. Axı biz çempion olmuşuq. Hərçənd biz indiki heyətlə də daha yaxşı ola bilərik. Sıralarımıza yeni futbolçular cəlb etsək, onların keyfiyyətlərinə uyğunlaşmaq lazım gələcək. Amma radikal dəyişikliklər gözləməyə dəyməz. Mən geridə qalan mövsümdəki oyun üslubuna üstünlük verirəm. Bu, azarkeşlərin də xoşuna gəlir".

Xatırladaq ki, çempionluğu vaxtından əvvəl təmin edən "Liverpul" İngiltərə Premyer Liqasındakı mübarizəni 84 xalla tamamlayıb.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью