Şlotterbek mundialı erkən başa vurdu

22.06.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Şlotterbek mundialı erkən başa vurdu

Almaniya millisinin müdafiəçisi Niko Şlotterbek zədə səbəbindən dünya çempionatını vaxtından əvvəl başa vurub.

QOL.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

Bildirilib ki, futbolçu Kot-d’İvuarla oyunda sol topuğundan zədə alıb. Müayinədən sonra onun topuq bağlarında ciddi problem aşkarlanıb və Şlotterbekin bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman futbolçunun komandanın düşərgəsində qalacağını və yığmaya kənardan dəstək verəcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью