Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Slotu Cerrard əvəzləyə bilər "Liverpul" baş məşqçisi Arne Slotu istefaya göndərməyə hazırlaşır.
QOL.az "indykaila News"a istinadən xəbər verir ki, klub rəhbəliyi artıq baş məşqçi ilə yolları davam etdirmək fikrində deyil.
Xəbərdə qeyd edilib ki, mersisaydlıların Premyer Liqanın 15-ci turunda səfərdə "Lids"lə heç-heçə (3:3) etməsi rəhbərliyin fikrini qətiləşdirib.
Slotun klubun əfsanəsi Stiven Cerrardla əvəzlənməsi gözlənilir Hazırda işsiz olan 45 yaşlı mütəxəssisin sabiq komandasını çalışdırmaq fikrinə müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib və 504 matçda 120 qol vurub."Liverpul" hazırda Premyer Liqada 23 xalla 8-ci pillədə yer alıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.