Slotun yerini kim tutacaq?

31.05.2026

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Son günlər Arne Slot ilə bağlı yayılan xəbərlər doğru çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Liverpul” baş məşqçi ilə yolları ayırıb. İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, 47 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Slot “Liverpul”u 2024-cü ilin yayından çalışdırırdı. Komanda niderlandlının rəhbərliyi altında ilk mövsümdə İngiltərə çempionu olub. “Liverpul” yenicə sona çatan mövsümündə isə premyer-liqanı 60 xalla 5-ci pillədə başa vurub.
Yerli mənbələrə görə, Slotun yerini tutmağa əsas namizəd “Bornmut”dan ayrılan Andoni İraoladı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью