Статья не опубликована
Slovakiya anti Rusiya sanksiyalarına qarşıdır | Icma.az

Slovakiya anti Rusiya sanksiyalarına qarşıdır

24.03.2025

Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Respublikanın hökumət koalisiyasına daxil olan Slovakiya Milli Partiyasının sədri Andrey Danko Rusiya əleyhinə sanksiyaların ləğvinin tərəfdarı olduğunu bildirib.

O, bu barədə "YouTube" kanalında yayımlanan TV JOJ telekanalına müsahibəsində bildirib.

“Mən Rusiyaya qarşı sanksiyaların ləğvinin tərəfdarıyam. Mən [Slovakiyanın Baş naziri] Robert Fikonu dəstəkləyirəm və Allaha dua edirəm ki, biz də macarların səs verdiyi kimi səs verək”, - Danko bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqının (Aİ) özünə ziyan vurur.

Mövsüm

Aznews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью