Slovakiya Bakıdakı DÇ də 15 qol vurub qalib gəldi

21.05.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda minifutbol üzrə dünya çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mundialda daha bir qarşılaşma yekunlaşıb.

D qrupunda Slovakiya və Hindistan yığmaları üz-üzə gəlib. Matç slovakiyalıların 15:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün daha 3 matç gerçəkləşəcək. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.

DÇ-2025
I tur
A qrupu

20:30. Azərbaycan - Bəhreyn
23:00. Mavritaniya - Sloveniya

B qrupu

Fransa - Çad - 1:0
21:45. Rumıniya - Özbəkistan

C qrupu

Macarıstan - Türkiyə - 1:1
Ukrayna - İngiltərə - 0:4

D qrupu

Bolqarıstan - Portuqaliya - 1:3
Slovakiya - Hindistan - 15:0

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью