Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Slovakiya Respublikasının Standartlaşdırma, Metrologiya və Sınaq İdarəsi arasında standartlaşdırma, qanunverici və elmi metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi və uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi tərəflər arasında keyfiyyət infrastrukturu sahəsində institusional əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.
Sənədi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elçin Qasımov imzalayıblar.
Memoranduma əsasən, tərəflər arasında texniki tənzimləmə, standartlaşdırma və metrologiya sahələrində informasiya mübadiləsinin aparılması, həmçinin mütəxəssislərin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə birgə seminar, konfrans, elmi-texniki layihə və təlimlərin təşkili nəzərdə tutulur.
XQ