Slovakiya Rusiya qazından imtina ilə bağlı Aİ nin qərarına qarşı çıxıb

26.01.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Slovakiya Rusiya qazının idxalından mərhələli imtina ilə bağlı Avropa İttifaqının (Aİ) qərarının qəbul edilməsinə qarşı səs verib.

Moderator.az xəbər verir ki, bu barədə Slovakiya Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

"Slovakiya Rusiya qazının idxalından mərhələli imtina barədə Aİ-nin "REPowerEU" qərarına qarşı səs verib. Brüsseldə, Aİ ümumi məsələlər şurasının iclasında dövlət katibi Marek Eştok Slovakiya adından nizamnamənin qəbul edilməsinə qarşı səs verib və ölkənin prinsipal etirazlarını bildirib", - məlumatda qeyd olunub.

Qurum həmçinin Slovakiyanın XİN rəhbəri Yuray Blanarın sözlərindən sitat gətirib: "Bratislava ayrı-ayrı üzv dövlətlərin real imkanlarını və konkret şəraitlərini nəzərə almayan qərarlarla razılaşa bilməz. Belə qərarlar bütün Aİ ölkələri üçün ədalətli, realistik və sosial cəhətdən davamlı keçidi təmin etmir".

Bununla əlaqədar olaraq Slovakiya Aİ Məhkəməsinə müraciət etmək və qaydaların ləğv olunmasına yönəlmiş proseduru başlatmaq niyyətindədir.

Qeyd edək ki, bu gün Aİ-nin 27 üzv dövləti rəsmi olaraq Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalının 2027-ci ilin sonunadək tədricən dayandırılması haqqında qərar qəbul edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью