Slovakiya şirkəti SOCARla danışıqlar aparır

29.12.2024

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Slovakiyanın "Slovensky Plynarensky Priemysel" şirkəti Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə qaz alışı üzrə danışıqlar aparır.
Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” Azərbaycan hökumətindəki mənbələrinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, SOCAR-ın Rusiyadan qaz alıb sonra avropalı alıcılara tədarük edə biləcəyi güman edilir.
Xatırladaq ki, SPP və Eustream operatoru, həmçinin Macarıstanın MOL şirkəti, eləcə də Avstriya və İtaliyanın bir sıra şirkətləri Ukraynadan Rusiya qazının tranzitindən imtina etməməyi xahiş ediblər.
V. QULİYEV

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью