Slovakiya və Macarıstan Rusiyadan enerji idxalını azaltmayacaq

18.09.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Slovakiya və Macarıstan Avropa İttifaqına (Aİ) üzv ölkələr kifayət qədər alternativ təchizat mənbələri tapana qədər ABŞ prezidenti Donald Trampın Rusiya neft və qazının idxalını azaltmaq üçün təzyiqlərinə müqavimət göstərəcəklər.
Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” ölkələrin nazirlərinə istinadla məlumat yayıb.
Slovakiyanın İqtisadiyyat naziri Denisa Sakova sentyabrın 17-də Bratislavada jurnalistlərlə görüşü zamanı bəyan edib ki, ölkəsi Rusiya neftinin idxalından imtina etməzdən əvvəl “lazımi şərait” yaradılmalıdır.
"Tamamilə öhdəlik götürməzdən əvvəl biz müvafiq şərait yaratmalıyıq - əks halda sənayemizə və iqtisadiyyatımıza ciddi zərər vurmaq riskimiz var",- deyə nazir əlavə edib.
Sakova bildirib ki, alternativ marşrutları dəstəkləmək üçün ilk növbədə kifayət qədər infrastruktur yaradılmalıdır.
O, həmçinin qeyd edib ki, bu həftə Vyanada ABŞ-nın Energetika naziri Kris Raytla danışıqlar zamanı Slovakiyanın mövqeyini onun diqqətinə çatdırıb.
Macarıstan baş nazirinin aparat rəhbəri Gergeli Qulyás, öz növbəsində, ölkəsinin Aİ-nin enerji təchizatının təhlükəsizliyini təhdid edən təşəbbüslərini rədd edəcəyini bildirib.
Qeyd edək ki, Macarıstan və Slovakiya Rusiya neftini, xüsusən də son vaxtlar Ukraynanın hücumlarına məruz qalan “Drujba” boru kəməri vasitəsilə almağa davam edir.
V. QULİYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью