Slovakiya və Ukrayna rəsmiləri görüşəcək

27.02.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Slovakiya Baş naziri Robert Fitso "X" sosial şəbəkəsindəki hesabında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş barədə razılığa gəldiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Ukrayna lideri bu görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməyi təklif edib.

Baş nazir artıq ölkənin Xarici İşlər Nazirliyinə və hökumət dəftərxanasına görüşün keçirilməsi üçün münasib tarixin müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib. Fitso Zelenski ilə görüşün onun tez-tez səfər etdiyi Avropa İttifaqı ölkələrindən birində baş tutmasına üstünlük verdiyini vurğulayıb.

Qeyd edək ki, bu razılaşmadan əvvəl tərəflər arasında "Drujba" neft kəməri ilə bağlı ziddiyyətli məqamlar yaranıb. Zelenski kəmərdə təftiş aparılması təklifini qəbul etməyib, Fitso isə Ukraynanın texniki problemlərlə bağlı iddialarına şübhə ilə yanaşaraq, Bratislava tərəfində kəmərin saz vəziyyətdə olması barədə məlumatların olduğunu bildirib. Yanvar ayında Ukrayna atəşlər nəticəsində avadanlıqların zədələnməsini əsas gətirərək "Drujba" vasitəsilə tranziti dayandırmış, nəticədə Slovakiya və Macarıstan Rusiya neftindən məhrum qalmışdı. Fevralın 20-də bərpa olunacağı gözlənilən tranzit hələ də fəaliyyətini bərpa etməyib.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью