Slovakiyada dron fabrikinə planlaşdırılan təxribatın qarşısı alındı

26.08.2026

Oxumeni.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Slovakiyada dron fabrikinə planlaşdırılan təxribatın qarşısı alındı

Slovakiya polisi ölkənin şərq hissəsində dron fabrikinə planlaşdırılan təxribatın qarşısını alıb, üç əcnəbi saxlanılıb. Oxuməni.az xəbər verir ki, bu barədə Slovakiya polisinin mətbuata rəsmi açıqlamasında deyilir.
İki şübhəli Slovakiyada, biri isə Almaniyada saxlanılıb.

Polisin məlumatına görə, planlaşdırılan təxribat zamanı heç kim xəsarət almayıb və əmlaka ziyan dəyməyib. İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xeyli miqdarda yandırıcı qarışıq, eləcə də alətlər, mobil telefonlar, kamera və əlyazma planı müsadirə ediblər. Saxlanılanlar ictimai təhlükəsizliyi qəsdən təhlükə altına qoymaqda ittiham olunublar.

Xatırladaq ki, 10 avqustda Bolqarıstanda sursat fabrikində partlayışlar və yanğın baş vermişdi. Sursat anbarı tamamilə yanmışdı, lakin bütün işçilər təxliyə edilə bilmişdi.

Əziz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью