Slovakiyada məktəbli sinif yoldaşlarına hücum edib Ölənlər var | Icma.az
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Slovakiyanın şərqindəki Spisska Stara Ves şəhərində məktəbli sinif yoldaşlarına bıçaqla hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ta3 telekanalı məlumat yayıb. Bildirilib ki, hücum edənin 18 yaşı var, onun adı açıqlanmır.
İlkin məlumata görə, o, məktəb binasında müəllimə və iki sinif yoldaşına hücum edib.
Səlahiyyətlilər iki nəfərin öldüyünü (onların şəxsiyyəti dəqiqləşdirilməyib), digərinin isə vəziyyətinin ağır olduğunu bildirib.
Digər qurbanların olub-olmadığı məlum deyil. Cinayətkar hadisədən az sonra saxlanılıb. Onun motivləri hələ də bəlli deyil.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu