Slovakiyada Rusiyanın lehinə 360 mindən çox imza toplanıb

23.12.2024

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Slovakiyanın 360 mindən çox sakini Aİ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvi tələbi ilə petisiya imzalayıb.
Demokrat.az
xəbər verir ki, bu barədə Slovakiyanın “Brother for Brother” vətəndaş təşkilatının nümayəndəsi Yuray Drjik məlumat verib.
“Hazırda 361 min imza toplanıb. Referendum keçiriləcək. 350 min imza toplamalı idik ki, prezident referendum prosesinə başlamaq üçün müvafiq fərman verə bilsin”.
Onun sözlərinə görə, proses 600 mindən çox imza toplanana qədər davam edəcək.
Müraciətin yanvarda prezidentə təqdim edilməsi planlaşdırılır.
Əfsanə Kamal
Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью