Slovakiyada şagird məktəbdə iki nəfəri öldürdü

16.01.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Slovakiyanın şərqindəki Spişska Stara Ves şəhərində şagirdin məktəbə bıçaqla hücumu nəticəsində iki nəfər ölüb. Daha bir nəfər ağır yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Teraz" məlumat yayıb.

Məlumata görə, digər xəsarət alanlar da var, lakin onların sayı məlum deyil.

Ölkə polisi Slovakiyada məktəbə bıçaqla hücum edən yeniyetmənin saxlanıldığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью