Slovakiyanın baş naziri Ukraynanı qazla hədələyib

09.01.2025

Icma.az, Anews portalına istinadən məlumatı açıqlayır.

Slovakiyanın baş naziri Robert Fiko Kiyevin qazla bağlı qərarına görə Ukraynanı humanitar yardımı, o cümlədən artıq təsdiqlənmiş yardımı dayandırmaqla hədələyib. Bu barədə Tvnoviny.sk portalı məlumat yayıb.

"Biz bütün humanitar yardımı dayandıra bilərik, o cümlədən hökumətin yaxınlarda təsdiqlədiyi yardımlar”, - deyə siyasətçi bildirib.

Slovakiyanın digər mümkün tədbirləri arasında Slovakiyadakı ukraynalı qaçqınlar üçün güzəştlərin ləğvi və fövqəladə vəziyyətlərdə elektrik enerjisi təchizatının kəsilməsi daxildir.

Fiko daha əvvəl bildirib ki, Ukrayna lideri Vladimir Zelenskinin Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması ilə bağlı birtərəfli qərarı maliyyə baxımından Slovakiya və Avropa İttifaqına ciddi ziyan vurur və ABŞ-a əhəmiyyətli dərəcədə kömək edir.

Slovakiyanın baş naziri Kiyevin qaz tranzitini dayandırması ilə bağlı Belçikada aparılan danışıqlarda Avropa Komissiyasını "şirin yuxusundan” oyatmaq üçün hər şeyi edəcəyinə söz verib.O, vurğulayıb ki, Kiyevin qərarına görə on milyardlarla avro dəyərində qiymətləndirilən "ciddi problem” yaranıb.

Aytac


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью