Slovakiyaya uduzan yığmamız 11 ci yer uğrunda yarışacaq

12.07.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın 18 yaşadək qız basketbolçulardan ibarət milli komandası Avropa çempionatı B divizionunda Slovakiya ilə qarşılaşıb.

İdman.biz xəbər verir ki, oyun 9-16-cı yerlər uğrunda mübarizə çərçivəsində keçirilib.

Oyun Slovakiya millisinin üstünlüyü ilə yekunlaşıb. Rəqib komanda 77:43 (20:13, 23:7, 22:8, 12:5) hesabı ilə qalib gəlib. Nəticədə komandamız 9-cu yeri tutmaq şansını itirib.

Qeyd edək ki, yığmamız sabah 11-ci yer uğrunda qarşılaşmada Lüksemburqla münasibətlərə aydınlıq gətirəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью