Sloveniya Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır

17.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mən həm Ermənistan, həm də Azərbaycana səfər edirəm ki, sülh sazişi ilə bağlı cari vəziyyəti öyrənim".

Oxu.Az xəbər verir ki, bunu Sloveniyanın xarici işlər və Avropa naziri Tanya Fayon azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Sloveniya sülh sazişi mətninin yekunlaşmasını alqışlayır:

"Cənubi Qafqaz sülhə layiqdir. İnsanların rifahı naminə sülh əldə etmək çox yaxşı imkandır. Dünyada nə qədər silahlı münaqişə baş verir. Sülhlə bağlı hər hansı təşəbbüs və dialoq varsa, biz onu təşviq edirik".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью